Avropanın nəhəng banklarının səhmləri kəskin ucuzlaşdı

10:51 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Almaniya ən böyük banklarından olan “Commerzbank” və “Deutsche Bank”ın səhmlərinin qiyməti ucuzlaşıb.

Belə ki, avqustun 15-də Frankfurt birjasında “Deutsche Bank”ın səhmləri -3,8% ucuzlaşaraq 5,85 avroya düşüb. İndiki qiymətləri nəzərə alanda «Deutsche Bank»ın səhmləri 2007-ci ildə qeydə alıqnmış maksimum qiymətdən (118 dollar) az qala 20 dəfə aşağıdır.

Adıçəkilən digər bankın səhmləri isə Frankfurt birjasınja 2,3% ucuzlaşaraq 4,72 avroya qədər ucuzlaşıb. Məlumata görə, bu bankın tarixində ən aşağı qiymətdir.

Ekspertlər hesab edir ki, sözügedən hər iki bankda baş verən proseslər 2012-ci ildə Avropadakı borc böhranının təsirlərindən qaynaqlanır.

 

 

Вся лента