“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017,16:53


BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində uğurla iştirak edən “Nar” ən son yeniliklərini nümayiş etdirib.

 

Dörd gün davam etmiş sərgi müddətində “Nar” stendi ziyarətçilərin böyük marağına səbəb olub. Burada maraqlı təqdimatlar, bir çox sınaqlar keçirildi, müsabiqələr və müxtəlif yarışmalar təşkil edilib. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin ən çox ziyarət edilən stendi seçilib.

 

Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr böyük maraq doğurub. Sərginin keçirildiyi günlərdə “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil edilmiş müsabiqədə “Nar” stendinin ziyarətçiləri, hər gün bir smartfon olmaqla, ümumilikdə dörd dəyərli smartfon qazanıblar. Sərgi iştirakçıları mobil operatorun ən son məhsul və layihələri ilə bilavasitə tanış olmaq fürsəti qazanıblar və “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını test ediblər.

 

Ключевые слова: Nar Azerfon Bakutel