TuranBank Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramını təbrik edir!

12:41 - 20.08.2019


20 avqust, Fineko/abc.az. TuranBank, Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir və bu münasibətlə bayram kampaniyasına başlayır!

Aksiyanın şərtlərinə uyğun olaraq Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları avqust ayının 20-dən istehlak kreditlərini illik faizi 18%-dən başlayaraq, komissiyasız əldə edə bilərlər. Kredit 10 000 manata qədər, 24 ay müddətinə təqdim olunur. Aksiya 1 ay davam edəcək. Göstərilən tarixlərdə TuranBankın istənilən filiallarına müraciət edərək bayram hədiyyəsini əldə etmək mümkündür.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank

 

TuranBank

Bizimlə etibarlıdır...

Вся лента