Neftin qiyməti artır, Azərbaycan nefti bir qədər ucuzlaşıb

10:21 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $0,02 (0,03%) azalıb və bir barelə 62,62 dollar təşkil edib.

Avqustun 20-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,29 (0,49%) artaraq bir barelə $60,03  təşkil etmişdir. Çərşənbə günü “Brent”in  qiyməti saat 9:20-də  $0,32 (0,53%) artaraq $60,35 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 20-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,01 (0,02%) enərək $56,13 təşkil etmişdir.  Onun qiyməti çərşənbə günü saat 9:20-də $0,24 (0,43%) qalxaraq $56,37 / barelə təşkil etmişdir.

 

Вся лента