Cari ildə əhalinin gəlirlərində artım qeydə alınıb

14:10 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, cari ilin yeddi ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 % artaraq 32 milyard 218,8 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb.

Qeyd edilrir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 milyard 559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 % çox vəsait qalıb.

 

Вся лента