Əhalinin banklardakı milli valyuta əmanətlərinin məbləği artıb

15:19 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 8 milyard 736,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilir ki, əmanətlərin 56,5 %-i xarici, 43,5 %-i isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,7 % artıb, xarici valyutada əmanətlər isə 2,5 % azalıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya1,91 (1,92) manata, 100 rus rubluna 2,69 (2,62) manata bərabər olub.

 

Вся лента