Maliyyə Nazirliyi avqustun 27-də 20 milyon manatlıq DOİ yerləşdirəcək

15:29 - 22.08.2019


22 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, avqustun 27-də keçiriləcək hərracda AZ0106016758 nömrəli DOİ satışı həyata keçiriləcək.

“DOİ buraxılışının həcmi 20 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, faiz gəlirliliyi 9% təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.

 

 

Вся лента