Bakı metrosunda yeni vaqonlardan ibarət iki tərkib xəttə buraxılıb

16:29 - 22.08.2019


22 avqust, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş” ASC-nin istehsalı olan 81-765.B / 766.B modelli iki vaqon tərkibini xəttə buraxıb.

"Metrovaqonmaş" ASC ilə bağlanmış müqavilə, 2019-cu il ərzində Bakı Metropoliteni tərəfindən dördüncü nəsil "81-765.Б/766.Б" modeldə 30 vaqonun satın alınmasını nəzərdə tutur. Bununla yanaşı, 10 vaqon iyulun 2-də xəttə buraxılıb. Daha 10 vaqon isə iyulda Azərbaycana gətirilib və burada müvafiq sazlama və sınaq işləri aparılıb. Qalan 10 vaqon avqustun sonuna qədər Azərbaycana gətiriləcək və sazlama, təmizləmə işləri və sınaqdan sonra, sentyabrda xəttə buraxılacaq”, - deyə Bakı metrosunun məlumatında bildirilir.

Metropolitenin məlumatına görə, bu müqavilə nəzərə alınmaqla, Bakı Metropoliteninin balansında 4-cü nəsil vaqonların ümumi sayı 55-ə çatacaq.

 

Вся лента