AMB avqustun 26-da depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır

12:44 - 23.08.2019


23 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, avqustun 26-da keçiriləcək depozit hərracında  bank 100 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.

Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,26% - 8,24% səviyyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

Вся лента