Azərbaycanın bank sektorunun xalis mənfəəti 550 milyon manat təşkil etdi

10:58 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) bildirir ki, bank sektorunun  2017-ci ilin on ayı üzrə xalis mənfəəti 549,6 milyon manat təşkil etmişdir.

FIMSA-nın məlumatına əsasən, bankların faiz gəliri cari ilin 10 ayı ərzində 1582,3  milyon manat, faiz xərcləri isə  740,8 milyon manat təşkil etmişdir ki, bunun nəticəsində 841,5 milyon manat xalis faiz mənfəəti təmin edilmişdir.

Bankların qeyri-faiz gəlirləri həmin dövr ərzində 828,9 milyon manat, qeyri-faiz xərcləri isə 789,5 milyon manat təşkil etmişdir ki, bunun nəticəsində  39,4 milyon manat xalis qeyri-faiz mənfəəti təmin edilmişdir.

Nəticə etibarilə,  bank sektorunun xalis əməliyyat mənfəəti 880,9 milyon manat təşkil etmişdir.

Banklar, aktivlər üzrə itkilərin ödənilməsinə xüsusi ehtiyatların yaradılması üçün 309,6 milyon manat yönəltmiş,  bu sektorun digər mənbələrdən gəlirləri 3,4  milyon manat təşkil etmiş,  mənfəət vergisi isə 25,1 milyon manat təşkil etmişdir.  Beləliklə, Azərbaycanın bank sektoru cari ilin ilk 10 ayını 549,6 milyon manat xalis mənfəətlə yekunlaşdırdı.

 

Вся лента