“FINCA Azerbaijan”-ın faiz və qeyri-faiz gəlirləri xərclərindən dəfələrlə az olub

17:01 - 23.08.2019


23 avqust, Fineko/abc.az. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2018-ci ili 142 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2017-ci ili 18 milyon 327 min manat xalis mənfəət ilə bağlamışdı və bunun səbəbi borc alınan vəsaitlərin imtinası üzrə yüksək gəlir idi.

Ötən il təşkilat ehtimal olunan kredit zərərlərinin bərpası vəsaiti hesabına fəaliyyət göstərib. Təşkilatın kəskin azalmış faiz və qeyri-faiz gəlirləri xərclərindən dəfələrlə az olub.

Bu barədə adıçəkilən təşkilatın illik hesabatınd qeyd olunub. Hesabata əsasən, 2017-ci ildə 7 milyon 120 min manat təşkil etmiş faiz gəliri ötən il 967 min manata düşüb (7,4 dəfə azalma).

Ötən il “FINCA Azerbaijan” 967 min manat faiz gəlirinə qarşı 962 min manat faiz xərci çəkib və nəticədə 5 min manat xalis faiz gəliri qalıb.

 

 

Вся лента