Azərbaycan Prezidenti Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ

15:02 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. İlham Əliyev  Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı, tərəflər, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafını vurğuladılar və parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolunu qeyd etdilər. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı.

 

 

Вся лента