330x110
 

Neftin qiymətləri enişdən sonra bərpa olunur, Azeri Light nefti 0,79% ucuzlaşıb

28.08.2019,10:36


28 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $0,49 (0,79%) azalaraq bir barelə $61,55 təşkil edib.

Bir gün əvvəlki artımdan sonra neftin etalon markalarının qiymətləri yüksəlməyə davam edir.

Avqustun 28-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,81 (1,38%) artaraq bir barelə $59, 51 təşkil etmişdir. Çərşənbə günü “Brent”in  qiyməti saat 9:20-də  $0,40 (0,67%) yüksələrək $59,91 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,29 (2,4%) kəskin artımla $54,93 təşkil etmişdir.  WTI markalı neftin qiyməti çərşənbə günü saat 9:20-də $0,51 (0,93%) artıb və $55,44  / barelə təşkil etmişdir.