PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görülmüşdür

11.12.2017,12:03


Beynəlxalq maliyyə jurnalı “The Banker” tərəfindən Londonda 18-ci “İlin Bankı” mükafatının təltif edilməsi mərasimi keçirilmişdir.

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın qalibi olmuşdur.

Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilmişdir. PAŞA Bank ilə yanaşı bu mükafat Raiffeisen Bank, Societe Generale, BNP Paribas  v s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.

PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür.

"Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş “nou-xau” bizə və müştərilərimizə  daha da səmərəli əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım etmişdir", - deyə Kazımov öz fikrini yekunlaşdırmışdır.

“Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan “The Banker” jurnalı 1926-cı ildən etibarən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Mükafat qaliblərinin siyahısını müəyyən edərkən jurnalın redaksiyası təkcə bankların maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyaların tətbiq edilməsi sahəsindəki nailiyyətləri nəzərə alınır.

Ключевые слова: PAŞA Bank