ASK ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında memorandum imzalanıb

17:13 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ASK-dan verilən məlumata görə, memorandumu  ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib.

ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan K.Tuqayev işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu söyləyib.

 

Вся лента