Gələn həftə AÇG və Şah-Dəniz üzrə fəaliyyət planının müzakirələri olacaq

13:08 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Gələn həftə AÇG və Şah-Dəniz üzrə fəaliyyətin 2018-ci il üçün planının müzakirələri olacaq.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) və Şah-Dəniz konsorsiumunun rəhbər komitələrinin yığıncağı olacaq.

“Gələn həftə,  "Azəri-Çıraq-Günəşli" yataqlar bloku və “Şah-Dəniz” yatağının işlənməsi layihəsi üzrə  rəhbər komitələrin iclası baş tutacaq. İclasda həmin layihələrin 2018-ci ilə planları və büdcələri təyin ediləcək”, -  bunu  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.

 

Вся лента