Xarici səfər sığortası üzrə yığımlar artıb, ödənişlərsə azalıb

10:57 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Azərbaycanda könüllü sığorta növləri strukturunda yer alan xarici səfər sığortası üzrə yığımlar artıb, ödənişlərsə azalıb.

Bu barədə statistik məlumatlar Malliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətlərinin yanvar-iyul ayları üzrə açıqladığı hesabata əksini tapıb.

 Hesabatda qeyd olunur ki, bu ilin 7 ayı ərzində sığorta şirkətləri 2 645,6 min manat səfər sığortası toplayıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

Xaricə səfər sığortasında ödənişlərlə bağlı isə eyni sözü demək olmaz. Belə ki, ötən ilin 7 ayı ilə müqayisədə bu il xaricə səfər sığortasında ödənişlər 44,3% azalaraq 257,4 min manat təşkil edib.

 

Вся лента