BP və onun tərəfdaşları əlilliyi olan şəxslərə təxminən 0,5 milyon manat ayırırlar

15:06 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. BP şirkəti və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şah-Dəniz və Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) layihələri üzrə  tərəfdaşları əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üzrə layihənin gerçəkləşdirilməsinə  488 min manat ayıracaqlar.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bazar ertəsi günü  layihənin təqdimatında qeyd edib ki,  layihə çərçivəsində əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin inkişafı nəzərdə tutulur. Layihədə, həm ümumi təhsilli, həm də universitet və peşə məktəblərini bitirmiş 100 nəfər iştirak edəcək.

BP şirkətinin məlumatına əsasən, layihənin gerçəkləşdirilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıqla həyata keçiriləcək.

Layihə çərçivəsində  həmçinin əlilliyi olan məşhur insanlarla üç forum və görüşlər təşkil olunacaq.

Layihə,  2018-ci ilin sonunda yekunlaşacaq. Layihəni  “British Council”  təşkilatı həyata keçirəcək.

 

Вся лента