Bakıda “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçiriləcək

11:58 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Sentyabrın 9-da Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı, “KPMG” beynəlxalq təşkilatının dəstəyi ilə Bakıda “Rəqəmsallaşma və innovativ həllər” mövzusunda tədbir keçiriləcək.

Qeyd olunur ki, bank sistemi və sığorta sektoruna yönəlmiş bu tədbirdə “KPMG” beynəlxalq təşkilatının yerli və xarici ekspertləri tərəfindən bank sistemində rəqəmsallaşma, informasiya texnologiyaları sahəsində hüquqi-normativ tənzimləmələr, habelə rəqəmsal əmək üzrə informasiya texnologiyalarının idarəedilməsi mövzusunda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılacaq.

 

 

Вся лента