Kredit təşkilatlarının cəmi kredit qoyuluşları artıb

12:42 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. Kredit təşkilatlarının cəmi kredit qoyuluşları artaraq 1 avqust 2019-cu il tarixində 13 milyard 681.4 milyon manata çatıb.

Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasında məlumat verilib.

Statistikaya əsasən, kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində 661,1 milyon manat, iyun ayı ilə müqayisədə iyul ayında isə 198,8 milyon manat artıb. Həmçinin sözügedən dövrdə kredit təşkilatlarının 13 milyard 681.4 milyon manatlıq kredit qoyuluşlarının 8 milyard 944.1 milyon manatını və ya 65,4%-ni manat kreditlər (milli valyutada kreditlər), 4 milyard 737.3 milyon manat və ya 34,6%-ni xarici valyuta kreditləri təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvarında dollar kreditləri 11 milyard manatdan çox idi.

 

Вся лента