Vaxtı keçmiş kreditlər yenə artıb

14:15 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasını açıqlayıb.

Abc.az xəbər verir ki, açıqlanan statistikada bir sıqa məqamlara aydınlıq gətirilib.

Belə ki, sözügedən statistikada qeyd olunub ki, milli valyutada kreditlərin 5,5%-nin və ya 755.4 milyon manatının, xarici valyutada kreditlərin isə 15,5%-nin və ya 732 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).

2018-ci ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində Manat kreditləri 870,6 milyon manat artıb, xarici valyutada kreditlər isə 209,4 milyon manat azalıb.

İyun ayı ilə müqayisədə iyul ayında isə Manat kreditləri 226 milyon manat artıb, xarici valyutada kreditlər isə 27,2 milyon manat azalıb.

 

Вся лента