Dekabrın 12-nə olan hava haqqında məlumat açıqlanıb

16:10 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu təqdim edib.

Bakıda və Abşeronda dekabrın 12-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində  dekabrın 12-də hava əsasən yağıntısız olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

 

Вся лента