“Qara” valyuta bazarında durğunluq başladı

16:21 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Dekabrın 11-də “qara bazar”da dollar, avro və rublun məzənnəsi sabit olaraq qalıb.

Hazırda dolların alış qiyməti 1,6950 manat, satış qiyməti isə 1,7000 manat təşkil edir. Son üç ay ərzində  “qara bazar”da dolların alış və satış məzənnəsi dəyişməz olaraq qalıb.

Avronun alışı 2.00 manat, satışı isə 2.02 manat təşkil edir.

Rubl son bir ayda ilk dəfə sabit olaraq qalıb. “Qara bazar”dan verilən məlumata görə, dekabr ayının 8-dən etibarən rublun alışı 0,0280 manat,  satışı isə  0,0283 manat təşkil edir.

 

 

Вся лента