Bakı Nəqliyyat Agentliyi sığortaçı axtarır

12:33 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az.  Bakı Nəqliyyat Agentliyi sığorta xidmətlərinin alınması üzrə açıq tender elan edir. Abc.az xəbər verir ki, tender 7 lot üzrə həyata keçirilir.

Lot-1. Daşınmaz əmlakın icbari sığortası

Lot-2. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası

Lot-3. Əmlakın (mebel, texnika və avadanlıq) yanğın və digər əlavə risklərdən könüllü sığortası

Lot-4. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası;

Lot-5. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası

Lot-6. Avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası

Lot-7. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (Avtokasko) sığortası.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 09.10.2019-cu il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.10.2019-cu il saat 12:00-a qədər  təqdim etməlidirlər.

Ünvan: Bakı, Ziya Bünyadov 111

Tenderdə iştirak haqqı lot 1 – 300 manat, lot 2 – 10 manat, lot 3 – 220 manat, lot 4 – 50 manat, lot 5 – 140 manat, lot 6 – 75 manat, lot 7 – 850 manatdır.

 

Вся лента