Qubernator biznes-forum və CEO Lunch Tbilisi-də iştirak edəcək

16:31 - 11.12.2017


Kvemo-Kartli regionun qubernatoru Qriqol Nemsadze dekabrın 15-də Gürcüstanda Caspian European Club və üçüncü CEO Lunch Tbilisi çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda fəxri qonaq qismində iştirak edəcək.

Caspian Energy Georgia-nın faəliyyətinin yenilənməsi çərçivəsində tədbirin təşkilinin əhəmiyyətini vurğulayan Qriqol Nemsadze qeyd edib ki, bu, daha sıx ticari-iqtisadi əməkdaşlığa, ikitərəfli əlaqələrin nizamlanmasına təkan verəcək. O, Azərbaycan şirkətlərinin Kvemo-Kartli regionunun ərazisində də fəal işləyəcəklərinə, bununla da Gürcüstan və Azərbaycanın özəl sektoru arasında əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümid etdiyini bildirib.

Caspian European Club çərçivəsində keçiriləcək biznes-forumda Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov və Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemzadze iştirakçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək və onları maraqlandıran bütün suallara cavab verəcəklər.

Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev biznes-forumdan sonra ənənəvi CEO Lunc-ın keçiriləcəyini qeyd edib. CEO Lunch-da fəxri qonaq qismində Gürcüstan hökumətinin üzvlərinin iştirakı gözlənilir. Onun sözlərinə görə, http://www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki üzrə dekabrın 14-dək foruma qeydiyyat açıqdır.

Telman Əliyev CEO Lunch-ın sponsoru PASHA Bank Georgia-nın rəhbərliyinə minnətdarlığını bildirib.

O həmçinin xatırladıb ki, birinci CEO Lunch Tbilisi Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində keçiriləcək.

Telman Əliyev xatırladıb ki, 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyi ilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı rol oynayan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Telman Əliyev qeyd edib ki, Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch keçirir.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regiounda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

 

Вся лента