Cari ilin 11 ayı ərzində xarici turistlərin sayı 20% artıb

17:13 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər  təşkil etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyildiyi kimi,  2017-ci ilin 11 ayı ərzində Azərbaycana 2477,908 min turist gəlib, 2016-cı ilin analoji dövründə isə bu göstərici 2064,224 min nəfər təşkil edib.

Hesabat dövründə Azərbaycana səyahət edənlərin əksəriyyətini Rusiyalı turistlər təşkil etmişdir.  Belə ki, onların sayı  790,258 min nəfər təşkil etmişdir (31,8% artım). Gürcüstandan  488,269 min nəfər (19,7% artım), İrandan 340,702 min nəfər (13,7% artım),  Türkiyədən 275,147 min nəfər (11,1% artım) və BƏƏ-dən 87,215 min nəfər (3,5% artım)  Azərbaycana gəlmişdir.

 

Вся лента