Avropa Mərkəzi Bankından faiz dərəcələri barədə - Bəyanat

17:05 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə statistikası açıqlanıb.

Abc.az xəbər verir ki, icmalda qeyd olunub ki, hesabat dövründə ölkələr üzrə bazar faizləri müxtəlif istiqamətlərdə dəyişsə də ümumilikdə qlobal maliyyə şəraiti yumşalıb.

Belə ki, sözügedən dövr ərzində mərkəzi banklar tərəfindən 281 pul siyasəti qərarı verilib. Bunlardan 51-i azalma, 17-i artım, 213-ü sabit saxlama qərarı olub. Avropa Mərkəzi Bankı xalis aktiv alışlarını dayandırıb, həmçinin faiz dərəcəsini artırılmayacağını bəyan edib.

Bəyanatda o da bildirilib ki, Avropa Mərkəzi Bankı ən azı 2019-cu ilin sonuna qədər yumşaq pul siyasətini davam etdirəcək. Digər İEÖ-dən Yaponiya Mərkəzi Bankı da çox aşağı faiz dərəcəsini dəstəkləyən yumşaq pul siyasəti yürüdəcəyini bəyan edib.

Müəllif: Elmir Murad

 

Вся лента