KOB-lara dəstək tədbirləri çərçivəsində sahibkarların əl işləri sərgidə nümayiş olunacaq

13:43 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az.  Mikro və kiçik sahibkarlar öz əl işlərini 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) təqdim edəcəklər. 

12-14 sentyabr tarixlərində “Bulvar Hotel Bakı”da keçiriləcək sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. sərgilənəcəkdir.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi dəstək göstərir. Bu cür tədbirlər KOB-ların satış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, ümumilikdə sahibkarlığın inkişafı və təşviqi baxımından əlverişli platformanı təmin edir.   

Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi KOBİA tərəfindən də dəstəklənir. 

Вся лента