ATƏT dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirəcək

10:58 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Ermənistan və Azərbaycan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, dekabrın 13-də ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır”, - məlumatda belə deyilir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinq şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller tərəfindən  keçiriləcək.

 

 

Вся лента