Sığorta yığımlarının azalmasının səbəbləri bilindi – Özəl

13:43 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az  Xəbər verdiyimiz kimi bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin hesabatını açıqlayıb.

Hesabatda bəzi şirkətlərin sığorta yığımının azaldığı nəzərə çarpır. Konkret olaraq bu ilin yanvar-iyul ayları ərzində “Standard İnsurance” şirkətinin sığorta yığımları 7 mln. 157 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 550 min manat və ya 17,8% azdır.  İddia olunur ki, bunun səbəbi müştərilərə vaxtında ödəniş olunmaması və buna bənzər problemlərə görə insanların şirkətlərə inamının azalmasıdır. Bunlar təbii ki, iddiadır. Bəs reallıq nədir?. Həqiqətənmi insanların şirkətlərə inamının azalması sığorta yığımına təsir edib?

Elə bu sualla sığorta eksperti Xəyal Məmmədxanlıya müraciət etdik.

Ekspert Abc.az-a açıqlamasında yığımların azalmasının başqa səbəblərinin olduğunu dilə gətirdi: “Sığorta bazarında mövcud kiçilmə əsasən həyatın yaşam sığortasının payına düşür. Ayrı-ayrı şirkətlərə gəldikdə isə onların yığımlarının azalması bazarın tendensiyası deyil. Çünki, rəqəmlərə baxanda müəyyən şirkətlərdə müəyyən sığorta növü üzrə azalma görsək də, ümumi bazarda rəqəmlər dəyişməyib. Əksinə artmaqdadır. Bu isə problemin bazardan yox, şirkətin özündən qaynaqlandığını göstərir”.

 

Müəllif: Elmir Murad

Вся лента