Azərbaycanda bank depozitlərində dollarlaşma azalmaqda davam edir

14:50 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az.  2019-cu ilin I yarımilliyində bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam edib. 
Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə statistikasında qeyd olunub. İcmala əsasən,  ilin əvvəli ilə müqayisədə milli valyutada müddətli əmanət və depozitlər 11.7%, xarici valyutada isə 3.5% artıb. Həmçinin xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi dövrün əvvəlində 39.1% olduğu halda, dövrün sonuna 37.4%-ə düşüb. 

İcmalda o da vurğulanır ki, fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma 2019-cu ilin əvvəlindəki 62.5%-dən I yarımilliyin sonunda 56.5%-ə enib. 

Müəllif: Elmir Murad

Вся лента