Aqrolizinq açıq tender keçirir

10:52 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az. “Aqrolizinq” ASC  1 C ERP maliyyə proqram təminatı sisteminin qurulması xidmətinin satınalınması üzrə tender elan edir. Tender 1 Lot üzrə keçirilir və iştirak haqqı  700 manatdır.

Elanda qeyd edilir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 02.10.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 10.10.2019 18:00 tarixinə qədər https://www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.10.2019 11:00 tarixində açılacaq.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaq.

E-şərtlər toplusunu 11.09.2019 19:00 tarixindən sonra əldə etmək olar.

 

Вся лента