Dünyanın aparıcı bankları Azərbaycanda filiallarını açacaq? – Mərkəz rəhbəri cavab verir – Özəl

14:16 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az.  Dünyanın aparıcı xarici banklarının Azərbaycanda filiallar açmasına ehtiyac var. 

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Abc.az-a Azərbaycandakı xarici banklara insanlar tərəfindən marağın az olmasına münasibət bildirərkən deyib. 

Azərbaycanda fəaliyyət göstərən xarici banklara marağın az olmasını təsdiqləyən V.Bayramov hesab edir ki, bunun ən əsas səbəbi dünyanın aparıcı banklarının ölkəmizdə olmamasıdır: “Təəssüf ki, dünyanın aparıcı xarici bankları Azərbaycanda filiallarını açmayıb. Söhbət təbii ki, Avropa Birliyi və ABŞ-da yerləşən banklarıdan gedir. Əgər həmin ölkələrin bankları cəlb edilərsə nəticə etibarı ilə Azərbaycandakı xarici bank filiallarına və xarici banklara marağı artırmaq olar. Düşünürəm ki, bu gün əsas məsələ cəlb edilən bankların aparıcı banklar olmaması, qlobal olaraq aparıcı bankların Azərbaycanda filial açmamasıdır. Bu da nəticə etibarı ilə xarici bankların bank fəaliyyətindəki ümumi payının böyük olmamasına gətirib çıxarır”. 

 

Müəllif: Elmir Murad

Вся лента