Neft Daşlarında insident baş verib

14:28 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Bu gün SOCAR şirkətinin trestində insident baş verib, nəticədə  bir nəfər həyatını itirib.

SOCAR-ın verdiyi məlumata əsasən, dekabrın 12-də, saat 11:50-də SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar və Xalıqov Azər arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş vermişdir.

Qarşıdurma zamanı Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmişdir.

İnsident barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdir, hazırda araşdırma aparılır.

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

 

Вся лента