Maliyyə Nazirliyi sentyabrın 17-də 15 milyon manatlıq DQİ yerləşdirəcək

09:46 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, sentyabrın 17-də keçiriləcək hərracda AZ0104009748 nömrəli DQİ satışı həyata keçiriləcək.

“DQİ buraxılışının həcmi 15 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir. 

 

Вся лента