Neftin qiymətləri 2 ayda maksimal düşmə ilə həftəni bitirir

10:01 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Cümə günü ticarət zamanı neft qiymətləri cüzi artır, bu həftənin əvvəlindən başlayan zəifləmə, bazar təklifinin artıqlığı ilə bağlı narahatlıqlar səbəbindən 2 ay ərzində rekord göstərici təşkil edə bilər.

Sentyabrın 12-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,43 (0,71%) enərək $60,38 təşkil etmişdir. Cümə günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:25-də  $0,05 (0,08%) bahalaşaraq $60,43 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 12-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,66 (1,18%) enərək $55,09 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat $0,06 (0,11%) artaraq $55,15 / barelə təşkil etmişdir.

Həftənin əvvəlindən etibarən WTI-nin qiyməti 2,7% azalıb, Brent 2,1% ucuzlaşıb.

 

Вся лента