AMB uçot dərəcəsini 2019-cu ildə 6 dəfə endirib

15:54 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini sentyabrın 13-dən başlayaraq 0,25% azaldıb.

AMB-nin məlumatında deyilir ki, son aylarda neftin qiymətinin stabilləşməsi, inflyasiyanın aşağı səviyyədə olması və sabit makroiqtisadi vəziyyət nəticəsində faiz dərəcəsini 8,25%-dən 8%-ə endirmək mümkün olub.

Bu qərar sentyabrın 13-dən qüvvəyə minib.

“Faiz dəhlizinin aşağı həddi 6,25% səviyyəsində saxlanılıb, yuxarı həddi 10,25%-dən 9,75%-ə endirilib», - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, uçot dərəcəsi məsələsinə baxılacaq növbəti iclas 25 oktyabr 2019-cu il tarixində keçiriləcək.

Bu, artıq 2019-cu ildə AMB-nin uçot dərəcəsinin altıncı azalmasıdır. Xəbər verildiyi kimi, 1 fevral 2019-cu il tarixində AMB uçot dərəcəsini 9,75%-dən 9,25%-ə, 15 mart – 9,25%-dən 9%-ə, 26 aprel tarixində - 9%-dən 8,75%-ə, 7 iyun tarixində - 8,5%-ə, iyulun 26-da - 8,25%-ə endirib.

2018-ci il ərzində faiz dərəcəsi mərhələli şəkildə 15% - dən 9,75% - ə endirilib.

AMB 12 fevral 2018-ci il tarixində uçot dərəcəsi mərhələlərlə 15%-dən 13%-ə endirib. 9 aprel 2018-ci il tarixində uçot dərəcəsi 13%-dən 11%-ə endirildi. 14 iyun 2018-ci il tarixində dərəcə 11%-dən 10%-ə endirildi. 1 avqust 2018-ci il tarixində Bank uçot dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verib. 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsi 10%-dən 9,75%-ə endirildi. 26 dekabr 2018-ci il tarixində AMB-nin İdarə Heyəti dərəcənin 9,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

         

Вся лента