“Bloomberg” terminalında dolların manata nisbətdə məzənnəsi yüksəldi

15:18 - 12.12.2017


12 dekabr, Fineko/abc.az. Dekabr ayının 12-də keçirilən növbəti valyuta hərracından sonra banklararası ticarətdə dollar manat qarşısında bahalaşıb.

ABC.AZ  xəbər verir ki, “Bloomberg” terminalında  dollar  12:00-da 1.6971 manata düşsə də, yenidən 1.6991 manata qədər, yəni 0,1% yüksəlib.

Qeyd edək ki, bu günkü valyuta hərracında manatın orta çəkili məzənnəsi 1.7000 manatdan 1.7001 manata yüksəlib.

 

 

Вся лента