Gələn il büdcə gəlirləri 427 milyon manat çox olacaq

12:13 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub.

Abc.az xəbər verir ki, nazirliyin açıqlamasından sonra İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov büdcə layihəsinin xüslasəsini şərh edib.

Şərhində bir sıra məqamlara aydınlıq gətirən V.Bayramov qeyd edib ki, bu 2019-cu illə müqayisədə hər bareldə 5 dollar az olsa da belə neft bazarındakı volatilliyi nəzərə alsaq qiymətin daha aşağı götürülməsi məqsədə uyğun idi: “Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hucumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır.

Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq gələn il dövlət büdəcinin gəlir və xərclərində bu il ilə müqayisədə artım proqnozlaşdırılır. Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən neft sektoru olacaq. Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 %-i neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək”.

Müəllif: Elmir Murad

 

Вся лента