Ölkənin neft-qaz sektoruna 3 mlrd. manatdan çox vəsait yönəldilib

17:02 - 16.09.2019


16 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında ölkənin neft-qaz sektoruna 3 milyard 261,5 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Qeyd edilir ki, yanvar-avqust aylarında neft-qaz sektorunda 20 milyard 492,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,3 % artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,6 % çoxalıb. Sənaye məhsulunun 70 %-i mədənçıxarma sektorunda istehsal olunub.

Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,1 %, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,8 % ucuzlaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-iyul aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 101,6 manat təşkil edib.

 

Вся лента