Pulsuz VİSA kartı almaq üçün tələsin

12:48 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. AtaBank-ın artıq ikinci il keçirilən “VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam etməkdədir. Kampaniyanın başlandığı gündən xarici ölkələrə səyahət vizası əsasında yüzlərlə müştəri Visa Classic və Visa Gold kartları hədiyyə olaraq almışdı.

“VİZA göstər, VİSA Al” kampaniyasında iştirak etmək üçün “AtaBank” ASC-nin ən yaxın filial və ya şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşmaq kifayətdir.

Fiziki şəxslər üçün nəzərdə tutulmuş bu kampaniya 31 oktyabr 2019-cu il tarixinədək qüvvədədir.

Dünyanın 200-dək ölkəsində istifadə olunan Visa kartlarına pulsuz sahib olmaq istəyənlər bu fürsətdən yararlana bilərlər.

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

Вся лента