Şahin Mustafayev: Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergiödəyiciləri sırasındadır

16:31 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində Gürcüstanda 700-dən artıq Azərbaycan şirkəti, ölkəmizdə isə 300-dən çox gürcü şirkət fəaliyyət göstərdiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox investisiya yatırıb. Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergiödəyiciləri sırasındadır və şirkətlər qoyduğu sərmayəyə görə Gürcüstanda lider mövqedədir. Gürcüstan şirkətləri üçün də ölkəmizdə münbit şərait yaradılıb. Azərbaycan və Gürcüstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Hesab edirik ki, hər iki ölkənin potensialı əldə etdiyimiz uğurları daha da artırmağa böyük imkan yaradır.

 

 

Вся лента