Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib

10:04 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sentyabrın 17-də Suraxanı rayonunda işgüzar forum keçirib.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkə üzrə bu ilin ötən dövründə sahibkarların 801 investisiya layihəsinin maliyyələşdirilməsinə 105 milyon manat güzəştli kredit verilib. Cari ilin ötən dövrü ərzində verilmiş kreditlərin əsas hissəsi – 97 %-i kiçik və orta həcmli kreditlər olmaqla kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə ayrılıb.

Forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və sair sahələrə yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması 60-dan çox iş yerinin açılmasına imkan yaradacaq.

 

 

Вся лента