Bu il qeyri neft-qaz məhsullarının ixracı artıb

14:49 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin 7 ayında ölkədən 1 milyard 133 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib.

Qeyd olunur ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17 %, real ifadədə isə 12,8 % çoxdur.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9%), Türkiyəyə (22,2%), Gürcüstana (8,9%), İsveçrəyə (7,8%), İtaliyaya (2,9%), Ukraynaya (2,2%), Yunanıstana (2,1%), Çinə (1,7%), İrana (1,6%) və Niderlanda (1,3%) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

Вся лента