Bakı və Abşeronda illərlə yığılan neft qalıqları aradan qaldırılıb - Rauf Hacıyev

10:45 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Azərbaycan iri miqyaslı ekoloji layihələrin həyata keçirir, bu da insanların daha sağlam yaşamasına gətirib çıxarır.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən 9-cu Beynəlxalq Xəzər Enerji Forumunda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkədə mövcud ekoloji problemləri, Xəzərin ekoloji təhlükəsizliyini aradan qaldırmaq istiqamətində ciddi işlər görülüb: "Son illər ərzində Bakı və Abşeron yarımadasında ekoloji məsələlərə diqqət ayırılması nəticəsində burada illərlə yığılmış neft qalıqları problemləri aradan qaldırılıb. İqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün xeyli işlər görülüb. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün mühüm işlər görülür. Ölkəmizdə Xəzər dənizinin ekoloji təhlükəsizliyi üçün qonşu ölkələrlə əməkdaşlıq yüksək səviyyədə qurulub".

Müəllif: Elmir Murad

 

Вся лента