Tikinti materiallarının istehsalı artıb

12:12 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2% artaraq 517,1 milyon manat təşkil edib.

Qeyd olunur ki, səkkiz ayda tikinti kərpicinin istehsalı 47,7%, tikinti əhənginin istehsalı 54%, hörmə üçün hazır beton qarışığının istehsalı 16,9% artıb. Sementin istehsalı 1,1%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 54,8%, tikinti gipsinin istehsalı isə 81,6% azalıb.

 

Вся лента