AMB 3 ay müddətinə 30 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

13:55 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan verilən məlumata əsasən, 20 sentyabr tarixində 50202276S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində təqdim ediləcək. Notların tədavül müddəti 84 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

 

Вся лента