Maliyyə Nazirliyi sentyabrın 24-də 15 milyon manatlıq DOİ yerləşdirəcək

15:30 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, sentyabrın 24-də keçiriləcək hərracda AZ0106018754 nömrəli DOİ satışı həyata keçiriləcək.

“DOİ buraxılışının həcmi 15 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir. 

 

Вся лента