Rövnəq Abdullayev: “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayə 36 mlrd. dolları keçib

15:11 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilmişdir. Ölkəyə  təqribən 265 milyard dollar,  o cümlədən, neft-qaz sənayesinə 101 milyard dollar həcmində investisiya qoyulub. “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 milyard dolları keçmişdir”.- deyə SOCAR-ın prezidenti qeyd edib.

Qeyd edək ki, “Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılıb.

 

 

Вся лента