AMB 3 ay müddətinə 30 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16:19 - 20.09.2019


18 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 20 sentyabr  tarixində AMB 50202276S dövlət nömrəli, 30 milyon manat həcmində, 84 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

10 investor tərəfindən qiymət intervalı  97.8314 AZN (9.50%) və 98.6195 AZN (6.00%) olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147,592,200.00  AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6111 AZN (6.04%), orta ölçülmüş qiyməti 98.6127 AZN (6.03%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 16.12.2019.

 

Вся лента